EN

ABŞ İranda quru əməliyyatı keçirəcək?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İranda genişmiqyaslı quru əməliyyatı planlaşdırmır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədri Tom Kotton “CBS News”-a verdiyi müsahibədə bildirib.

O, əsas döyüş əməliyyatlarının dənizdə və havada baş verəcəyini qeyd edib:

"Aydındır ki, belə bir kampaniyanın risklərindən biri təyyarənin vurulma ehtimalıdır və prezident heç vaxt pilotu tərk etməz. Buna görə də, əlbəttə ki, bölgədə vurulan hər hansı bir pilotu İran ərazisindən çıxarmağa və təxliyə etməyə hazır olan axtarış-xilasetmə qüvvələrimiz var. Lakin bu cür qeyri-adi hallar istisna olmaqla, Prezidentin İranda genişmiqyaslı quru qüvvələri üçün heç bir planı yoxdur", - deyə Kotton vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin qarşıdakı günlərdə və həftələrdə prioriteti İranın raket imkanlarının məhv edilməsi olacaq.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
cebheinfo.az

2Sources