BAKI, TurkicWorld, Nailə Babazadə
2026 -cı ilin yanvar ayında Qırğızıstandan Türkiyəyə 15 min 552 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 26,26 faiz çoxdur.
Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,69 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.