EN

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib

Ajans.az xəbər verir ki, bu barədə diplomatik missiyanın "Telegram" kanalı məlumat yayıb. "Rusiya səfirliyi Astara keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına kömək göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik", - deyə məlumatda vurğulanıb.

Diplomatik missiya həmçinin vurğulayıb ki, hazırda Azərbaycandan gedənlərin siyahısında təxminən 500 rusiyalı var.

Chosen
12
4
Ajans.az

10Sources