ain.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı üç amerikalı hərbçi ölüb, daha beş nəfər isə ağır yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"‘Epik qəzəb" əməliyyatı çərçivəsində döyüş zamanı üç amerikalı hərbi qulluqçu ölüb, beş nəfər ağır yaralanıb", - "X" platformasında yayımlanan məlumatda bildirilir.
Komandanlıq əlavə edib ki, bir neçə hərbçi qəlpə yaraları və beyin silkələnməsi alıb. Onların sayı dəqiqləşdirilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.