ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Salahın qolsuzluq seriyası davam edir
"Liverpul"un futbolçusu Məhəmməd Salahın qolsuzluq seriyası İngiltərə Premyer Liqasının 28-ci turunda "Vest Hem" ilə matçdan sonra ardıcıl 10 oyuna çatıb.
QOL.az xəbər verir ki, Salah bu matçda (5:2) iştirak etsə də, rəqib qapısına qol vura bilməyib. Statistikaya yalnız forvardın meydanda olduğu Premyer Liqa oyunları daxildir. Ehtiyatda qaldığı və ya Afrika Millətlər Kuboku səbəbindən buraxdığı qarşılaşmalar nəzərə alınmayıb. Misirli ulduz sonuncu dəfə ötən ilin noyabrında "Aston Villa" ilə matçda (2:0) qol sevinci yaşayıb.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə "Liverpul" forması ilə 29 oyuna çıxan Salah 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda klub Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.