EN

Klubun heç bir futbolçusu 3 qol vurmayıb

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Klubun heç bir futbolçusu 3 qol vurmayıb

İngiltərə Premyer Liqasında 28 turdan sonra "Vulverhempton" hücum xəttindəki acınacaqlı vəziyyəti ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, turnir cədvəlinin son sırasında yer alan komandanın aktivində cəmi 20 qol var. Bu göstərici hazırda liqada ən zəif hücum performansı hesab olunur. Müqayisə üçün qeyd edək ki, onlara ən yaxın rəqib olan "Nottingem Forest" 26, "Sanderlend" isə 29 qol vurub. Digər bütün klublar 30 və daha çox qol sevinci yaşayıblar.

Bununla yanaşı, "Vulverhempton" Premyer Liqada yeni antirekord müəyyənləşdirib. Hazırda komandanın heyətində cari mövsümdə minimum 3 qol vuran tək bir futbolçu belə yoxdur. Bir neçə oyunçunun aktivində cəmi 2 qol var. 

Qeyd edək ki, bundan əvvəl bənzər göstərici ötən mövsümün 24-cü turunda "Sauthempton"a məxsus olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
115
1
qol.az

2Sources