EN

ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən Xameneinin nəvəsinin FOTOSU

İranın ali rəhbəri Əli Xamenei-nin Tehrandakı iqamətgahına endirilən raket zərbəsi zamanı ailə üzvlərindən bir neçəsi, o cümlədən 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayqani həlak olub.

Hücum zamanı iqamətgahın böyük bir hissəsi ciddi dağıntıya məruz qalıb. Zərbə nəticəsində ailə üzvləri arasında itkilərin olduğu bildirilir. Həlak olanlar arasında azyaşlı nəvənin də olduğu təsdiqlənib.

Hadisə ölkə daxilində böyük rezonans doğurub. İran rəsmiləri bunu “birbaşa rəhbərliyə qarşı yönəlmiş hücum” kimi qiymətləndirir və məsul tərəflərə qarşı cavab tədbirlərinin görüləcəyini bəyan ediblər. /Musavat.com

Chosen
28
38
editor.az

10Sources