EN

ABŞ prezidenti: Biz onları tezliklə dənizin dibinə batacaq

ain.az, Mia.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp fevralın 28-də İrana qarşı başlayan hücmla bağlı daha bir maraqlı açıqlama  verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu dəfə İran dəniz donanmasına vurulan zərbədən söz açıb.

ABŞ Prezidenti deyib ki, 9 İran dəniz gəmisi batırılıb: "Mən indicə öyrəndim ki, biz 9 İran dəniz gəmisini məhv etmişik. Bunlardan bəzilərin olduqca böyük və strateji gəmilər idi. Biz qalanlarını da axtarırıq, onlar tezliklə dənizin dibinə batacaq!".

Tramp qeyd edib ki, İran dəniz qərargahı da böyük ölçüdə məhv edilib.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
mia.az

1Sources