BAKI, 2 mart. TELEQRAF
İsraildə fövqəladə vəziyyət rejiminin müddəti 12 mart 2026-cı il tarixinədək uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, hökumət üzvləri fövqəladə vəziyyətin daha 12 gün müddətinə – 12 mart 2026-cı ilədək uzadılmasını təsdiqləyiblər.
Qərarla bağlı digər detallar açıqlanmayıb.