EN

"Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var"

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalarla çıxış edib.

Hakimiyyet.az -ın məlumatına görə, o, İrana qarşı davam edən hərbi əməliyyatların tam gücü ilə sürdüyünü bildirib. “Döyüş əməliyyatları tam gücü ilə davam edir və bütün məqsədlərimizə çatana qədər davam edəcək. Bizim çox aydın və ciddi məqsədlərimiz var”, – deyə ABŞ lideri vurğulayıb.

Prezidentin sözlərinə görə, İranın hərbi rəhbərliyi ciddi zərbə alıb. O iddia edib ki, “bütün hərbi rəhbərlik məhv edilib” və komandanlığın bir çox üzvü “həyatlarını xilas etmək üçün təslim olmaq istəyir”. Tramp onların “toxunulmazlıq istədiyini” və “minlərlə çağırış etdiyini” iddia edib.

ABŞ Prezidenti mümkün itkilərlə bağlı da xəbərdarlıq edib. “Təəssüf ki, bu, bitməmişdən əvvəl daha çox itki olacaq. Reallıq budur”, – deyə o bildirib.

Tramp həmçinin ABŞ-ın amerikalıların ölümünün cavabsız qalmayacağını bəyan edib: “ABŞ amerikalıların ölümünün qisasını alacaq”.

ABŞ lideri müraciətində İslam İnqilabı Keşikçiləri Korpusuna, İran ordusu və polis qüvvələrinə səslənərək silahları yerə qoymağa çağırıb. “Silahlarınızı yerə qoyun və tam toxunulmazlığı qəbul edin, yoxsa mütləq ölümlə üzləşin”, – deyə o qeyd edib.

Tramp İran vətəndaşlarına da müraciət edərək bildirib ki, bundan sonrakı proses onların seçimindən asılı olacaq: “Bundan sonra nə baş verəcəyi sizdən asılı olacaq, amma biz sizinlə olacağıq”.

ABŞ Prezidenti əlavə edib ki, onun fikrincə, İran tərəfi “iki həftə əvvəl nəsə edə bilərdi”, lakin bunu etməyib.

Chosen
26
3
hakimiyyet.az

4Sources