EN

Körfəz ölkələri İranın hücumlarına cavab vermək hüquqlarını bəyan ediblər

Bakı, 2 mart, AZƏRTAC

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin – Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreyn xarici işlər nazirləri virtual iclas keçirərək İranın zərbələrinə cavab vermək hüququnu özlərində saxladıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuranın bəyanatında deyilir: “Körfəz dövlətləri öz təhlükəsizlik və sabitliyini, eləcə də ərazilərini, vətəndaşlarını və daimi sakinlərini qorumaq üçün bütün lazımi tədbirləri görəcək, o cümlədən təcavüzə cavab vermək imkanını təmin edəcəklər”.

Nazirlər vurğulayıblar ki, ölkələri beynəlxalq hüquqa uyğun olaraq “qanuni cavab vermək hüququnu və özünümüdafiə hüququnu” qoruyub saxlayırlar.

Onlar, həmçinin İranı hücumları dərhal dayandırmağa çağırıblar.

Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir.

Sənəddə əlavə olunub ki, Ərəb Liqasına üzv dövlətlər də İranın hücumlarını pisləyiblər və bu addımları “beynəlxalq qanunların və konvensiyaların, eləcə də beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndiriblər.

Chosen
32
6
azertag.az

7Sources