EN

İranın vurulması qlobal neft şoku YARATDI BAHALAŞDI

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Hörmüz boğazının bağlanması, İsrail və ABŞ tərəfindən 28 fevral şənbə günü İranın bombalanması ilə qlobal iqtisadiyyatı viran qoyacaq neft şoku yenidən gündəmə gəlib.

Bakıvaxtı.az "LeMonde.f"ə istinadən xəbər verir ki, bu gün -2 mart bazar ertəsi günü bazarların açılışında qiymətlər 13% artıb. və Şimal dənizindən çıxarılan Brent markalı xam neftin bir barelinin qiyməti 80 dollara çatıb.

"Bloomberg"in 11 fevralda dərc etdiyi proqnozlara görə, neft qiymətlərinin 100 dolları keçməsinin iqtisadi nəticələri, o cümlədən Çindən sonra dünyanın ikinci ən böyük enerji istehlakçısı olan ABŞ üçün əvvəlki şoklar dövründəkindən daha az ağır olacaq. Lakin nəticələr münaqişənin miqyasından və müddətindən asılı olacaq. 2025-ci ilin iyun ayında İsrailin İranı bombaladığı on iki gün ərzində bir barel neftin qiyməti 20% artaraq 79 dollara çatıb. Hörmüz boğazının uzun müddət blokadası halında, ən pis ssenaridə, bir barel neftin qiyməti yanvar ayının əvvəlində 60 dollarla müqayisədə 108 dolları keçə bilər.

Aydın Baxış 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
bakivaxti.az

2Sources