EN

ABŞ-nin təyyarədaşıyan gəmisi İranın raket hücumundan sonra geri çəkilib

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” təyyarədaşıyan gəmisi İranın dörd ballistik raket atmasından sonra öz dislokasiya zonasını tərk etmək məcburiyyətində qalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb:

"Hücumdan sonra Amerika təyyarədaşıyan gəmisi öz missiyasını yerinə yetirdiyi ərazini tərk edərək Hind okeanına doğru yola düşüb".

Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, təyyarədaşıyan gəmi atəşə tutulsa da, İran raketləri ilə vurulmayıb.

Chosen
20
7
xezerxeber.az

8Sources