EN

Rusiya son 3 ilin ən şiddətli hücumunu etdi Hesabat

Axar.az saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin fevral ayında Rusiya Ukraynaya 288 raket atıb, bu da 2023-cü ilin əvvəlindən bəri ən yüksək aylıq göstəricidir.

Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi Ukrayna Hərbi Hava Qüvvələrinin gündəlik hesabatlarına əsasən məlumat yayıb.

Belə ki, raketlərdən əlavə, Rusiya ötən ay Ukraynaya 5059 uzaqmənzilli PUA hücumu edib ki, bu da yanvarla müqayisədə 13% çoxdur:

"Keçən qış Ukraynada müharibə başlayandan bəri ən sərt qış olub. Rusiyanın mülki infrastrukturu kütləvi şəkildə atəşə tutması elektrik və istilik təchizatının geniş şəkildə kəsilməsinə səbəb olub və yüz minlərlə ukraynalı elektriksiz, istiliksiz qalıb. Prezident Vladimir Zelenski də bildirmişdi ki, üç ay ərzində Rusiya Ukraynaya qarşı 14600-dən çox idarə olunan bomba, 738 raket və 19000-ə yaxın hücum PUA-sından, ilk növbədə İran "şahidlərindən" istifadə edib".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
axar.az

2Sources