EN

Xocalıda yollar buz bağladı - Vətəndaşlar belə xilas edildi

09:42 02.03.2026
09:42 02.03.2026

Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıb.

Mynews.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən "Mercedes” markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.

Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Chevrolet” markalı minik avtomobilinin hərəkəti təmin edilib.


Chosen
121
23
mynews.az

10Sources