Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə “Orlando” ilə qarşılaşıb. 6 qolun vurulduğu görüş “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 4:2. Messi bu görüşdə dubl edib.
"Orlando Siti" - "İnter Mayami" - 2:4
Qollar: Paşaliç, 18, Oxeda, 24 - Silvetti, 49, Messi, 57, 90, Seqoviya, 85
"Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer edən "Kolambus Kryu" da mövsümün 2-ci matçında çıxıb və "Sportinq Kanzas"la heç-heçə edib - 2:2.
Qeyd edək ki, Nəriman Axundzadə viza ala bilmədiyi üçün hələlik yeni klubunun düşərgəsinə qoşula bilməyib.
“İnter Mayami” 2 turdan sonra 3 xalla 7-ci, "Kolambus Kryu" 1 xalla 8-ci sıradadır.