EN

Musa Qurbanlı: Hər kəs öz mədəniyyətini göstərir

"Maraqlı və gərgin oyun oldu. Bizim üçün qalib gəlmək çox vacib idi. 0:3 hesabı ilə geriyə düşdük, amma xarakter göstərdik, məğlub olmadıq. Belə maraqlı qarşılaşmalar ölkə çempionatında nə qədər çox olsa, yaxşıdır".

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sabah"la heç-heçə etdikləri matçla (3:3) bağlı jurnalistlərə açıqlamasında deyib. Komandasını məğlubiyyətdən xilas edən azərbaycanlı forvard vurduğu qoldan danışıb:

"Komandama fayda verməyə çalışıram. Sonradan da meydana girsəm, hədəf dəyişmir. Hazırda gərgin qrafikimiz var. Üzərimdə işləməli olduğum məqamlar çoxdur. Meydanda nə qədər çox olsam, fayda verməyə çalışacağam".

Qurbanlı çempionluq şanslarını da dəyərləndirib:

"Qarşıda çox oyunumuz var. Hər oyun qələbə qazanmağa, xal itirməməyə çalışacağıq. Şans bitməyib, kifayət qədər var. Son matçadək çempion olmaq üçün vuruşacağıq".

23 yaşlı hücumçu görüşdə yaşanana insidentə və rəqib məşqçinin qeyri-etik jest etməsinə münasibət bildirib:

"Bu cür gərgin və maraqlı oyunda normaldır. Futbolçular, məşqçilər, texniki zonada əyləşənlər emosiyalarına hakim ola bilmirlər. Belə halların yaşanması anlaşılandır. Bir qədər oyuna maraq qatır. Amma hardasa matçın tempini öldürdü. Məncə, temp düşməsəydi, vaxtımız olsaydı, bu hadisələr baş verməsəydi, dördüncü qolu da vura bilərdik.

Chosen
20
publika.az

1Sources