EN

Türkiyə-İran sərhədində piyada keçidləri dayandırılıb

Türkiyə və İran hakimiyyəti bölgədəki vəziyyətin gərginləşməsi fonunda sərhəd-keçid məntəqələrində piyada keçidlərini dayandırıb.

Xezerxeber.az Türkiyənin ticarət naziri Ömer Bolata istinadla xəbər verir ki, piyada keçidlərinə qoyulan məhdudiyyətlər hər iki istiqamətə şamil olunur. Lakin yük maşınları keçid məntəqələrindən həmişəki qaydada keçir.

Türkiyəli nazirin sözlərinə görə, martın 2-də səhər saatlarından etibarən İranla sərhəddə fəaliyyət göstərən üç gömrük-keçid məntəqəsində heç bir fövqəladə hal qeydə alınmayıb.

Hazırda İran və Türkiyə yalnız vətəndaşlarının keçid məntəqələrindən geri qayıtmasına icazə verir. Üçüncü ölkələrin vətəndaşları da İrandan Türkiyəyə keçə bilərlər. “Tərəflər bununla bağlı hərəkətlərini əlaqələndirirlər”, - deyə Ömer Bolat bildirib.

Türkiyənin ticarət naziri əlavə edib ki, Ankara zəruri hallarda gömrük-keçid məntəqələrində tətbiq oluna biləcək əlavə tədbirlər hazırlayıb.

Chosen
8
4
xezerxeber.az

5Sources