EN

Ramazan həm də sosial yardımlaşma ayıdır- ÖZƏL

"Ramazan ayı həm də sosial yardımlaşma ayıdır. Bu ayın xeyr və bərəkətindən bəhrələnmək üçün daha çox yardımlaşaq, imkansız insanlara əl tutaq, imkan daxilində onlar üçün iftar məclisləri təşkil edək. Məhəmməd Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: "Kim bir orucluya iftar verərsə (etdirərsə) oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Eyni zamanda, ölkəmizin daha güclü olması, müstəqilliyimizin, ərazi bütövlüyünün möhkəm qorunması, ölkəmizin düşmənlərimizin hiylə və şərrindən hifzi üçün Allaha daha çox dua edək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
101
olaylar.az

1Sources