EN

Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılışıdır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov forumun ölkə məşqçiləri üçün olduqca vacib olduğunu bildirib. O, mütəxəssislərin işinin kifayət qədər məsuliyyətli və çətin olduğunu, onların yalnız çətinliklərlə deyil, eyni zamanda müxtəlif insani amillərlə də qarşılaşdıqlarını söyləyib. F.Qayıbov müasir dövrdə tələblərin dəyişdiyini və bəzi sahələrdə müəyyən geriləmələrin müşahidə olunduğunu, buna görə də idmançı ilə məşqçi arasında münasibətlərin bu günün şərtlərinə uyğun, daha sağlam şəkildə qurulmalısının vacibliyini vurğulayıb.

Daha sonra tədbir panel iclaslarla davam edib. Panellərdə Qurban Qurbanov, Faiq Həsənov, Namiq Abdullayev, Morteza Validarvi, “Dopinq” mövzusunda isə Təhminə Tağı-zadə və Haydar Demirel iştirak ediblər.

Chosen
8
3
hafta.az

4Sources