EN

Breno Almeyda ümidləri doğrulda bilmədi?

“Neftçi”nin qışda transfer etdiyi yeganə futbolçu Breno Almeyda “Şamaxı” ilə oyunda debüt etdi. Özü də meydana start heyətində çıxdı.

Bəs Almeyda özünü necə göstərdi? Bəlkə də start heyətində meydana çıxması tələsik addım idi. Həm də süni meydançada. Keyfiyyəti var, hiss olunur. Emil Səfərovla da yaxşı anlaşır. Amma komandaya tam uyğunlaşa bilməyib. İlk yarıda müdafiəyə kömək üçün geri çəkilən Breno bir neçə dəfə topu itirdi. Amma bir neçə dəfə uğurlu reyd və driblinqləri oldu. Ümumilikdəoyununu nə yaxşı, nə də pis dəyərləndirmək olar.

Ümid edək ki, gənc braziliyal; vinger daha keyfiyyətli meydançalarda özünü göstərməyi bacaracaq. Breno Almeyda üçün “Futbol+” qiymətləndirməsi - 5,5.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
62
1
football-plus.az

2Sources