EN

Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

AzEdu.az xəbər verir ki, Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət və yanğın hadisələri zamanı düzgün təxliyə üsullarını öyrətməkdən ibarətdir.

Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlər məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlərdən bəhs olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları şagirdlərə izah edilib.

Tədbirlər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb, ilkin yardım və təxliyə zamanı bacarıqları nümayiş olunub.

Chosen
35
1
azedu.az

2Sources