EN

DİN motosiklet və moped sürücülərinə xəbərdarlıq etdi

BAKI,VOA

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə təhlükəsizlik qaydalarına ciddi əməl etməklə bağlı müraciət edib.

VOA xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayılan açıqlamada bildirilib ki, moped və motosikletlərin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti ölüm və ya müxtəlif dərəcəli xəsarətlərlə nəticələnir.

Qeyd olunub ki, müşahidə kameralarının qeydə aldığı qəzalar əsasən yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma halları ilə bağlıdır.

Mərkəzin məlumatına görə, bəzi sürücülər törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və bununla da digər yol hərəkəti iştirakçıları üçün mənfi nümunə formalaşdırırlar. Belə davranış həm sürücünün öz həyatı, həm də digər şəxslər üçün real təhlükə yaradır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edib ki, yol hərəkəti qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə göstərsinlər.

Chosen
16
23
turkic.world

10Sources