EN

"Bakcell" müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakı. Trend:

İnnovasiya lideri "Bakcell" müştəri xidmətlərində proseslərindaha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə“SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiqedib.

Yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrəvə cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənindublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərinidentifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanımatexnologiyası əsasında icra olunur.

“SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiyatəhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir vəproseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəddövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır vəmüştəri təcrübəsi optimallaşdırılır.

"Bakcell" müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqinimərhələli şəkildə genişləndirməyi planlaşdırır.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativhəllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Chosen
13
31
az.trend.az

10Sources