EN

"İnvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Fevral ayının son həftəsi qlobal maliyyə bazarlarında həmiqtisadi göstəricilərin, həm də geosiyasi risklərin təsiri iləformalaşan yüksək volatillik mühiti ilə xarakterizə olundu. ABŞ,Avrozona, Almaniya və İngiltərədə açıqlanan makroiqtisadiməlumatlar monetar siyasət gözləntilərini yenidən formalaşdırarkən,ABŞ–İran münasibətlərində davam edən gərginlik enerji və qiymətlimetal bazarlarında risk premiyasını yüksək saxladı. Bu fon əsasaktiv siniflərində nəzərəçarpacaq qiymət dalğalanmalarına səbəboldu.

ABŞ: iqtisadi aktivlik və FED gözləntiləri

ABŞ-də həftə ərzində açıqlanan iqtisadi göstəricilər iqtisadiartımın zəiflədiyinə dair siqnallar verdi. İstehlak xərcləri vəbiznes aktivliyində müşahidə olunan yumşalma Federal EhtiyatlarSisteminin monetar siyasətdə daha ehtiyatlı mövqeyə keçə biləcəyigözləntilərini gücləndirdi. İnflyasiya təzyiqlərinin tədricənazalması faiz endirimi perspektivlərini bazarlarda yenidən gündəməgətirdi. İnvetsAz analitiklərinin fikrincə bu fon dolların qlobalvalyuta bazarlarında sabit güclənmə trendi formalaşdırmasınınqarşısını aldı.

Avrozona və Almaniya: zəif sənaye dinamika

İnvestAz-dan verilən məlumata görə, Avrozonada və Almaniyadaaçıqlanan sənaye və biznes göstəriciləri iqtisadi bərpanın hələ dəzəif olduğunu göstərdi. Xüsusilə, Almaniyanın sənaye sektorundadavam edən zəiflik Avropa iqtisadiyyatının əsas lokomotivinin hələdə tam gücə qayıtmadığını ortaya qoydu. İnflyasiya təzyiqlərininaşağı qalması Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətinidavam etdirəcəyi gözləntilərini gücləndirdi və avro məhduddiapazonda hərəkət etdi.

İngiltərə: artımın kövrək qalması

İnvestAz şirkətinin rəsmi saytında dərc olunan İngiltərədəaçıqlanan iqtisadi məlumatlar iqtisadi artımın zəif və qeyri-sabitolduğunu təsdiqlədi. İstehlak və investisiya göstəricilərindəməhdud bərpa “Bank of England”-ın faiz siyasətində ehtiyatlıqalacağına dair gözləntiləri gücləndirdi. Bu vəziyyət funtsterlinqin dalğalı ticarətinə səbəb oldu və investorların İngiltərəaktivlərinə yanaşmasını ehtiyatlı saxladı.

Geosiyasi proseslər: ABŞ–İran gərginliyi və regionalrisklər

23–28 fevral dövründə qlobal bazarlar üçün əsas geosiyasi riskABŞ–İran münasibətlərində davam edən gərginlik oldu. Körfəzbölgəsində hərbi ritorikanın sərt qalması və regional təhlükəsizliknarahatlıqları enerji bazarlarında risk prəmiyasını yüksəksəviyyədə saxladı. Bu vəziyyət investorların riskli aktivlərdənqismən uzaqlaşmasına və təhlükəsiz aktivlərə yönəlməsinə səbəboldu. ABŞ–İran xəttindəki gərginlik xüsusilə neft və qızılbazarlarında həssas qiymət reaksiyaları yaratdı.

ABŞ dolları: zəif və oynaq dinamika

Dollar həftə ərzində dalğalı və nisbətən zəif dinamika nümayişetdirdi. İnvestAz-dan verilən məlumata görə ABŞ-də faiz endirimigözləntilərinin güclənməsi dollar üçün əsas zəiflədici faktor oldu.Bununla yanaşı, geosiyasi risklərin artdığı günlərdə dollarqısamüddətli təhlükəsiz liman funksiyası göstərsə də, bu dəstəkdavamlı olmadı. Nəticədə dollar indeksi məhdud diapazonda oynaqhərəkət etdi.

Qızıl: risk mühitində möhkəmlənmə

Qızıl bazarında fevralın son həftəsində alıcı marağı güclüqaldı. ABŞ–İran gərginliyi, qlobal iqtisadi qeyri-müəyyənlik vədolların zəif dinamika göstərməsi qızılı investorlar üçün əsasqoruyucu aktiv kimi ön plana çıxardı. Qiymətlər əvvəlkihəftələrdəki dalğalanmalardan sonra sabitləşmə və yüksəliş meylinümayiş etdirdi.

Neft: geosiyasi risk prəmiyası

Neft bazarlarında ABŞ–İran gərginliyi qiymətlər üçün əsas dəstəkamili olaraq qalmağa davam etdi. Körfəz regionunda mümkün təchizatriskləri Brent və WTI qiymətlərində risk prəmiyasını saxladı.Bununla yanaşı, qlobal tələbin zəif artımı kəskin bahalaşmanınqarşısını aldı və qiymətlər dalğalı diapazonda hərəkət etdi.

Kriptovalyuta bazarları: riskə həssas bərpacəhdi

Kriptovalyuta bazarları fevralın son həftəsində yanvar sonundakıkəskin çöküşdən sonra qismən bərpa cəhdi göstərdi. Bununla belə,geosiyasi gərginlik və qlobal risk mühiti investor inamının tambərpa olunmasına imkan vermədi. Nəticədə kriptovalyutalardayüksəliş cəhdləri zəif qaldı və bazar yüksək volatillik şəraitindəticarət olundu.

Cari həftə ərzində diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərininkişaf dinamikasına, ABŞ-da dərc olunacaq əmək bazarı, xüsusilə də“ADP” və “NFP” hesabatlarına, sənaye və xidmət sektorlarında BiznesAktivliyi İndeksi (PMİ) göstəricilərinə, Avrozonada və Almaniyadaaçıqlanacaq İstehlak Qiymətləri İndeksi məlumatlarına, PMİ və ÜDMhesabatlarına, Avropa Mərkəzi Bankının sədri Kristin Laqartınçıxışlarına, eləcə də, İngiltərədə yayımlanacaq sənaye, xidmət vəkompozit PMİ rəqəmlərinə yönələcək.

EUR

Ötən həftəni 1.18150 səviyyəsində tamamlayan EURUSD məzənnəsiYaxın Şərqdə başlayan hərbi əməliyyatlar fonunda yeni həftəyə ciddibir fərqlə 1.17700 həddində start verdi. Günün ilk ticarətsaatlarında 1.17950 səviyyəsinə qədər bahalaşan valyuta cütlüyühazırda 1.7800 hədlərində ticarət olunur. Əgər “ayılar” qiyməti1.18000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davamedə bilər.

GBP

Keçən həftəyə 1.347800 həddində başlayıb, 1.35740 hədlərinə kimibahalaşan GBPUSD məzənnəsi daha sonra bir qədər ucuzlaşdı vəhəftəni 1.34770 səviyyəsində tamamladı.

Yaxın Şərqdə artan hərbi ritorika və eksolasiya fonunda yenihəftəyə 1.34430 həddində başlayan məzənnə hazırda, 1.34300hədlərində ticarət olunur.

XAUUSD

ABŞ - İran münasibətlərinin hərbi fazaya keçməsi nəticəsindəqızıl yeni həftəyə 115$-lıq “gap” ilə başladı. Həftənin ilkgünlərində satış təzyiqi ilə üzləşən qızıl və gümüşün qiymətlərizəiflədi. Ötən həftəni 5263$-da tamamlayan qiymətli metal yenihəftəyə kəskin artımla - 5378$ səviyyəsində start verdi. Hazırdaisə qızıl 5350$-dan təklif edilir.

Chosen
23
5
az.trend.az

6Sources