EN

Braziliyada MARAQLI HADİSƏ: İtin dişlədiyi telefon partlayaraq sahibini XİLAS ETDİ – FOTO

Telefonun akkumulyatorunun partlaması kişini itin hücumundan xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya KİV-ləri məlumat yayıb.

Braziliyada mexanik işləyən şəxsin başına gələn qeyri-adi hadisə dünya mediasının diqqətini çəkib.

Belə ki, qarajına yollanan kişiyə qəfildən bir neçə sahibsiz it hücum edib. Aqressiv heyvanlardan biri kişinin boğazından dişləməyə çalışsa da, hədəfdən yayınaraq onun şalvarının cibindən yapışıb.

Həmin cibdə kişinin yeni aldığı smartfon olub. İtin iti dişləri telefonun akkumulyatorunu deşdikdə cihaz qəfildən partlayıb.

Gözlənilməz partlayış səsi və alov itləri qorxudaraq onları qaçmağa məcbur edib.

Hadisə nəticəsində mexanik müxtəlif dərəcəli yanıq xəsarətləri alsa da, itlərin amansız hücumundan möcüzəvi şəkildə sağ qurtulub.

Hazırda zərərçəkənin vəziyyətinin stabil olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
interpress.az

1Sources