EN

"İranla bağlı mövqe bildirə bilmərəm" - Erməni nazir

"Mən Təhlükəsizlik Şurasının üzvü deyiləm, Təhlükəsizlik Şurasında nələrin müzakirə olunduğunu bilmirəm, yalnız İrandakı hadisələrdən bir gün əvvəl və sonra Təhlükəsizlik Şurasının iclasının çağırıldığını bilirəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan deyib. 

Nazir İranda iki gündür müharibənin davam etməsi və Ermənistanın hələ rəsmi olaraq başsağlığı vermədiyi ilə bağlı suallara belə cavab verib: "Əminəm ki, baş verən hadisələr hökumətimiz, o cümlədən ilk növbədə xalqın nöqteyi-nəzərindən mənim üçün ağrılıdır.

Amma mən mövqe bildirə bilmərəm, çünki bu sahəni bilmirəm və buna görə də heç bir açıqlama verməyəcəyəm.

İran dost ölkə olaraq qalır, bir sıra sahələrdə əməkdaşlığımızı davam etdiririk. Məsələn, sabah mənim gündəliyimdə İran səfiri ilə görüş var". 

Ağarza Elçinoğlu 

Chosen
29
6
unikal.az

9Sources