EN

Küveytdə bir neçə təyyarə qəzası - Müəmma

Küveyt Müdafiə Nazirliyi ölkədə bir neçə ABŞ hərbi təyyarəsinin qəzaya uğradığını açıqlayıb.

"Yeni Sabah" The National-a istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü polkovnik Səud əl-Ətvan məlumat yayıb.

O bildirib: "Hadisənin şərtlərini aydınlaşdırmaq üçün ABŞ qüvvələri ilə koordinasiya davam etdirilib, birgə texniki tədbirlər görülür".

Qəzaya uğrayan təyyarənin bütün ekipaj üzvləri sağ qalıb və xəstəxanaya aparılıb.

Qəzanın səbəbi və təyyarə modelləri açıqlanmayıb.

CNN əvvəllər ABŞ-ın Küveytdəki Əli əl-Salem hava bazasından 10 kilometr aralıda "F-15" qırıcı təyyarəsinin qəzaya uğradığını bildirmişdi. Qəzanın səbəbi hələ də məlum deyil. Pilot katapult edib.


Telegram kanalımız
Chosen
162
50
yenisabah.az

10Sources