EN

Olimpiya çempionlarımızın çoxu regionlardandır - Güləş Federasiyasının vitse-prezidenti

BAKI, 2 mart. TELEQRAF

“Rayonlarımızda çox yaxşı idmançılar yetişir. Təsadüfi deyil ki, Olimpiya çempionlarımızın çoxu regionlardandır”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.

O, öncə tədbirin əhəmiyyətindən söz açıb: “Bütün məşqçilər, idman mütəxəssislərimiz üçün xoş təəssürat yaradır. Bir çox məşqçilər, idmançılar bu forumda iştirak edirlər. Çox istərdik ki, məşqçilər idmandan gəlsinlər. Fərqi yoxdur komanda və ya fərdi idman növü olsun. Özüləri də idmanla məşğul olduqlarınsan daha təcrübəli olur. Əgər biz Avropa idmançılarına qalib gəlmək istəyiriksə yaxşı şərait qurmalıyıq.İnanırıq ki, bu forumdan sonra məşqçilərimiz üçün yeni səhifə açılacaq. Ümid edirik ardı gələr”.

Chosen
38
teleqraf.com

1Sources