Bakı. Trend:
Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakingündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman.Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 3°-dək, gündüz 6 dərəcədən10°-dək olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civəsütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 %olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılıolacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdəzəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 5°-dək, gündüz 9 dərəcədən14°-dək, dağlarda gecə -3 dərəcədən -8°-dək şaxta, yüksək dağlıqərazilərdə -10 dərəcədən -15°-dək şaxta, gündüz 0 dərəcədən -5°-dəkşaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağıehtimalı var.