EN

Ötən ay 481 mina və 1621 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevral ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 410, tankəleyhinə 71 mina və 1621 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 4 264,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Chosen
20
3
azertag.az

4Sources