EN

Azərbaycan vasitəsilə İrandan təxliyə olunan xarici vətəndaşların sayı – Ölkələr üzrə SİYAHI

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fonunda bu ölkəni tərk edən insanların sayı durmadan artır. Onların bir qismi Azərbaycanın Astara dövlət sərhəd keçid məntəqəsi vasitəsilə təxliyə olunurlar. 

Bizim.Media xəbər verir ki, son məlumatlara görə indiyədək 200-dən çox şəxs Azərbaycan sərhədini keçib. 
 

MÖVZU İLƏ BAĞLI:

İordaniyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi - FOTO


Onlar arasında 19 xarici ölkənin vətəndaşları da var.  

Sərhədi keçən xarici ölkə insanları arasında Çin vətəndaşları üstünlük təşkil edir. Məlumata görə, bu müddət ərzində 50 Çin vətəndaşının keçidi təmin olunub. Azərbaycan sərhədini keçən Rusiya vətəndaşlarının sayı isə 39 nəfərdir. 
 

Bundan başqa Pakistandan olan 28 nəfər, Səudiyyə Ərəbistandan 18, Tacikistandan 17 (əsasən də orada təlim keçən həkimlər qrupu), BƏƏ-dən 6, İordaniyadan 4, Qətər və Banqladeşdən 3, Filippin və Nepaldan 2, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan olan 1 nəfər vətəndaş təxliyə edilib.


Qeyd edək ki, təxliyə olunanlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistandan olan Baş katibi Əsəd Məcid Xan da var. 

Bundan əlavə, Azərbaycan indiyə qədər biznes nümayəndələri də daxil olmaqla 500-ə yaxın rusiyalıya İranla sərhədi keçmək üçün icazə verib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Rüfət Sultan, Bizim.Media

Chosen
8
28
bizim.media

10Sources