Qahirə, 2 mart, AZƏRTAC
Küveyt səmasında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus bir neçə qırıcı təyyarə vurulub.
AZƏRTAC Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu bardə Küveytin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vurulan təyyarələr Küveyt ərazisinə düşüb. Aidiyyəti qurumlar dərhal axtarış-xilasetmə tədbirlərinə başlayıb. Ekipaj üzvləri təxliyə edilərək xəstəxanaya çatdırılıb, onların sağlamlıq vəziyyəti yoxlanılıb və zəruri tibbi yardım göstərilib.
Hərbçilərin vəziyyətinin stabil olduğu diqqətə çatdırılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə