Məşhur aktyor Necati Şaşmaz uzun illərdən sonra serialda rol alacaq.
BAKU.WS xəbər verir ki, Kurtlar Vadisi"nin Polat Alemdarı reytinqləri alt-üst edən "Yeraltı" serialında çəkiləcək.
O ekran işində qonaq aktyor qismində yer alacaq.
Xatırladaq ki, rollarda Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygılaroğlu çəkiliblər.
Süjet xəttində ailəsinin qatilinin intiqamını alan Heydər Əli, həbsxanaya düşəndə özünü Türkiyənin ən təhlükəli yeraltı kartellərindən birinin ortasında tapır. Bundan sonra serialda hadisələr sevgi, xəyanət və yaşamaq uğrunda mübarizə fonunda cərəyan edir.