ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra qızılın aprel fyuçersinin qiyməti 3% artıb. Bu barədə Nyu-Yorkun “Comex” birjasının məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə saat 12:38-ə olan məlumata görə, qızılın qiyməti 3,45% artaraq bir troya unsiyası üçün $5428-ə çatıb. Eyni zamanda, gümüş üzrə fyuçerslərin qiyməti 3,08% artaraq $96,2-yə, platin isə 1,38% bahalaşaraq $2406,3-ə yüksəlib.
Qiymətli metalların qiymətləri ötən həftəsonu ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra artmağa başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla, ölkənin yüksək vəzifəli şəxsləri həlak olub. İran isə cavab olaraq İsrailə və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir.
BƏƏ-nin “DP World” şirkəti İranın zərbəsindən sonra Cəbəl-Əli konteyner limanının bütün terminallarının fəaliyyətini dayandırıb.