EN

"Yaxın Şərq böhranı Ukraynadan diqqəti yayındırmamalıdır" - Litva Prezidenti

Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Yaxın Şərqdəki münaqişə beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı hadisələrdən yayındırmamalıdır.

Redaktor.az xəbər verir ki, bu paylaşım Estoniya Prezidenti Alar Karis ilə danışıqlardan sonra Nausedanın X sosial media səhifəsində dərc olunub.

Nauseda yazıb: “Biz razılaşdıq ki, Yaxın Şərqdəki böhran beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynadakı davam edən müharibəsindən yayındırmamalıdır. Avropa Birliyi qorumalı və Ukraynaya ardıcıl siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməlidir”.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
1
redaktor.az

2Sources