EN

“Fəttah-2”lər ilk dəfə işə salındı

ABŞ-İsrail-İran münaqişəsinin üçüncü günündə İran ilk dəfə hipersəs "Fəttah 2" raketlərini işə salıb.

"Yeni Sabah" xəbər verir ki, bu raketlər 1.400 kilometrə qədər məsafəni qət edə bilir. Səs sürətinin 13-15 qatına çataraq saatda təxminən 18 min km sürətlə hərəkət edə bilən "Fəttah 2" 450 kiloqramdan çox partlayıcı başlıq daşıyaraq, modern hava hücumundan müdafiə sistemlərini aşa, İran ilə İsrail arasındakı məsafəni 5 dəqiqədən az bir müddətdə keçə bilir.

İran ABŞ və İsrailin son hücumlarına cavab olaraq bölgədəki bir neçə ABŞ hərbi bazasını vurduğunu açıqlayıb. Ekspertlər son əməliyyatların əvvəlki hücumlarla müqayisədə keyfiyyət baxımından fərqli olduğunu, intensiv raket istifadəsi ilə strateji hədəflərin dəqiq vurulmasının eyni şey olmadığını vurğulayıb.


Telegram kanalımız
Chosen
3
1
yenisabah.az

2Sources