EN

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.

İnterpress.az xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

“Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, – yeni təyin olunmuş səfir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.

Norman öz vəzifəsinin icrasına 2026-cı ilin mayında başlayacaq.

Norman 1990-cı ildən diplomatik xidmətdə çalışır. O, dünyanın müxtəlif yerlərində Böyük Britaniyanın diplomatik missiyalarında müxtəlif vəzifələr tutub. Xüsusilə, 1998-2000-ci illərdə Ermənistanda missiya rəhbərinin müavini, 2016-cı ildən 2021-ci ilə qədər isə Böyük Britaniyanın Albaniyadakı səfiri olub.

Chosen
13
2
interpress.az

10Sources