Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon manat vəsait ayrılıb.