EN

Gömrük Komitəsindən XƏBƏRDARLIQ – Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır”

“Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur”.

Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilib.

“Xüsusilə internet üzərindən sifariş edilən arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük təşkil edir.

Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü təsir edən maddələrin olması müəyyən edilmişdir.
 

Qeyd olunmalıdır ki, vətəndaşlar bu məhsulların tərkibi barədə məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları əldə edib ölkəyə gətirir. “Şəxsi istifadə” adı altında bəyan edilən bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi istehlakçıların sağlamlığı üçün təhlükə yaradır.


Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan “arıqladıcı”, “enerji artırıcı”, “müalicəvi” adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

Chosen
14
18
bizim.media

10Sources