EN

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

AzVision.az xəbər verir ki, bununa bağlı Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Məlumata görəbu vəzifə Dunkan Normana həvalə edilib.

Norman öz sosial şəbəkə hesabında payalşım edərək Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyduğunu bildirib.

"Böyük Britaniya - Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, yeni təyin olunmuş səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsinin icrasına başlayacaq. May ayına qədər isə Fergus Auld səfir kimi fəaliyyətini davam edəcək.

AzVision.az

Chosen
50
4
azvision.az

10Sources