EN

Qətər XİN İranı hədələdi: Cavabsız qala bilməz!

Qətər İranın onun ərazisinə endirdiyi aviazərbələrdən sonra cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat katibi Macid bin Məhəmməd əl-Ənsari CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qətər hərbçiləri İranın mülki infrastruktura, o cümlədən beynəlxalq hava limanına yönəlmiş hücumlarının qarşısını alıb.

Ənsari qeyd edib ki, bu cür hücumlar cavabsız qala bilməz.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran ABŞ-ın bölgədəki hərbi obyektlərinə və İsrailə cavab zərbələri endirir.

Chosen
20
8
konkret.az

10Sources