EN

Jan Noel Barro: Hərbi əməliyyatların qeyri müəyyən müddətə uzadılması zəncirvari risk təhlükəsi yaradır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 2 mart, AZƏRTAC

İran hücumları dayandırmalı, əhəmiyyətli güzəştlərə getməli və siyasi həll yolunun yaranmasına imkan vermək üçün radikal mövqe dəyişikliyi etməlidir.

AZƏRTAC xəbər verir ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro mətbuat konfransında bu barədə danışıb.

Barro hesab edir ki, hərbi əməliyyatların qeyri-müəyyən müddətə uzadılması İranı və bütövlükdə regionu uzunmüddətli qeyri-sabitliyə sürükləyə biləcək təhlükəli zəncirvari proses riski yaradır. Nazir hərbi eskalasiyanın tezliklə dayandırılmasına çağırıb.

O, Yaxın Şərqdə davam edən toqquşmalarda Fransa vətəndaşları arasında itki qeydə alınmadığını bildirib. Vurğulayıb ki, ölkə vətəndaşlarının və Fransaya məxsus obyektlərin təhlükəsizliyi hökumət üçün mütləq prioritetdir.

Barro, həmçinin Ayətullah Ali Xameneinin devrilməsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından kənarda qəbul edilmiş hücum nəticəsində baş verməsini təəssüf doğuran hal kimi qiymətləndirib. Onun fikrincə, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurum çərçivəsində belə müdaxilə müvafiq instansiyalarda müzakirə edilməli idi.

Nazir onu da bildirib ki, Fransa tərəfdaşlarına tam dəstəyini ifadə edir və bəzi dövlətlərlə bağladığı razılaşmalara, eləcə də beynəlxalq hüquqda nəzərdə tutulan kollektiv özünümüdafiə prinsipinə uyğun olaraq onların müdafiəsində iştirak etməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
azertag.az

2Sources