EN

Ukraynada bütün hərbçilərin xidmət müddəti dəqiq olacaq

Ukraynada bütün hərbi qulluqçular üçün müqaviləni başa vurduqdan sonra təxirə salınma ilə bağlı aydın xidmət müddəti hazırlanır.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa “Azadlıq radiosu”na verdiyi müsahibədə danışıb.

O, izah edib ki, bu yeniliklər ölkənin müqavilə əsaslı orduya keçidi üçün hazırlanıb: “Hətta artıq səfərbər olanlar da belə müvafiq müqavilələri imzalaya biləcəklər”.

Bu müqavilələrdəki təxirə salınmalara münasibət bildirən Palisa bildirib ki, əvvəlki müdafiə naziri yeni müqavilələrlə bağlı Ali Radaya təqdim edilmiş qanun layihəsi hazırlayıb: “Hazırkı müdafiə naziri Mixail Fedorov bu sənədin üzərində işləmək üçün vaxt götürüb və tezliklə yeni qanun layihəsi gözlənilir. Xidmət müddəti ilə bağlı tələb aydındır və biz bunu müqavilələr vasitəsilə həyata keçirməyə çalışacağıq”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
15
herbiand.az

1Sources