EN

Fevral ayında 9 347 müraciət daxil olub

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 9 347 müraciət daxil olub. Newscenter.az xəbər verir ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5 550 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 549 müraciət daxil olub.BŞTİ-yə 2 002 sənəd (vətəndaşlar tərəfindən 406 ərizə, Elm və Təhsil Nazirliyindən 364, digər qurumlardan 398, tabelikdə olan təhsil müəssisələrindən 578 məktub və 256 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 246 elektron müraciətə baxılıb.Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.Ruhiyyə Mehdiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
3
newscenter.az

4Sources