EN

Çin donanması üçün əlavə yanacaqdoldurma tankerləri tikilib

Çin Hərbi Dəniz Qüvvələri “Tip-903” sinifli iki əlavə yanacaqdoldurma tankerini qəbul edib.

Herbiand.az bildirir ki, sosial mediada yayılan fotolarda Haynanyanın şimalındakı Çjantszyan hərbi-dəniz bazasında lövbər salan 892 və 893 gövdə nömrəli iki dəstək gəmisi göstərilib.

Məlumata görə, bu baza Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin Cənub Komandanlığının ən böyük bazalarından biridir. Burada desant və dəstək gəmilərinin əksəriyyəti yerləşir.

Yeni tankerlər kiçik təkmilləşdirmələrə malikdir.

Yanacaqdoldurma tankerlərinin su tutumu 23.400 ton, uzunluğu 178,5 metr, eni 24,8 metrdir. İki dizel mühərriki ilə işləyir. Heyət 130 nəfərdən ibarətdir. 10.500 ton yanacaq , 250 ton təmiz su, 680 ton yük və silah-sursat götürmək qabiliyyətinə malikdir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
37
herbiand.az

1Sources