EN

Ayın 3-də 15 dərəcə şaxta OLACAQ - PROQNOZ

Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcədən 3°-dək, gündüz 6 dərəcədən 10°-dək olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcədən 5°-dək, gündüz 9 dərəcədən 14°-dək, dağlarda gecə -3 dərəcədən -8°-dək şaxta, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15°-dək şaxta, gündüz 0 dərəcədən -5°-dək şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Chosen
37
49
ekologiya.az

10Sources