EN

Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri görüşüblər

Bakı. Trend:

Martın 2-də Azərbaycan Respublikası Baş nazirinin müavini ŞahinMustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası Baş nazirininmüavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Rusiya vəAzərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistikavə aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdəolan digər aktual məsələlər müzakirə edilib.

Bildirilib ki, tərəflər ticarət dövriyyəsinin davamlı artımınıməmnunluqla qeyd ediblər. Orta və uzunmüddətli perspektivəhesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçüngeniş imkanların olduğu vurğulanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafetdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətininartırılması və nəqliyyat-logistika infrastrukturununtəkmilləşdirilməsi ayrıca nəzərdən keçirilib.

Görüşdə tərəflər cari ilin aprel ayında AzərbaycanRespublikasında İqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın növbəti iclasının keçirilməsi barədə razılığagəliblər.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
11
4
az.trend.az

10Sources