Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə 2026-cı il yanvar ayının 01-i vəziyyətinə regionun ümumi əhalisi 949313 nəfər təşkil etmişdir.
Rayonlar üzrə bölgü aşağıdakı kimidir:
• Masallı rayonu – 228 699 nəfər
• Lənkəran rayonu – 228 602 nəfər
• Cəlilabad rayonu – 221 077 nəfər
• Astara rayonu – 113 646 nəfər
• Lerik rayonu – 87 378 nəfər
• Yardımlı rayonu – 69 911 nəfər
Məlumatlardan göründüyü kimi, Masallı rayonu 228699 nəfər əhali ilə iqtisadi rayonda ən çox əhaliyə malik rayon olmuşdur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ildə 2186 doğulan körpə qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,6-ya düşmüşdür.
2025-ci ildə 1227 ölüm halı qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm sayı 5,5-dən azalaraq 5,4-ə düşmüşdür.
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 1165 nikah və 326 boşanma halları qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,1-ə qədər artmış, boşanmaların sayı isə 1,8-dən 1,4-ə qədər azalmışdır.
Masallı Rayon Statistika İdarəsi