Bakı. Trend:
Azərbaycan və bp arasında neft-qaz əməliyyatlarındakarbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərinyüksəldilməsi barədə müzakirələr aparılıb.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.
"bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidentiQordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyətistiqamətlərini nəzərdən keçirdik.
Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, "yaşılenerji" sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənayestandartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarındakarbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərinyüksəldilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeydedilib.